Qardaşı Elçibəyin yubileyindən danışdı

"Yubileylə bağlı rəsmi tədbir olmasa belə, ailə üzvlərimiz mütləq bir yerə toplaşacaq"




"Mərhum prezident Əbülfəz Elçibəyin 75 illik yubleyinin dövlət səviyyəsində qeyd edilib –edilməyəcəyi ilə bağlı bizə hələ ki heç bir məlumat verilməyib".

Bu sözləri eks-prezidentin qardaşı Almurad Əliyev açıqlamasında deyib. Onun sözlərinə görə, yubileylə bağlı rəsmi tədbir olmasa belə, ailə üzvləri mütləq bir yerə toplaşacaq.

"Ailə üzvləri olaraq, hər il Naxçıvana yığışırıq. Yubileyi orda keçiririk. Bu il də istisna deyil. Eyni zamanda Əbülfəz Elçibəyin yubileyini hər il olduğu kimi, bu il həm də Bakıda da keçirəcəyik"-deyə A.Əliyev vurğulayıb.

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy 1938-ci il iyunun 24–də anadan olub. Azərbaycanda milli azadlıq hərəkatına rəhbərlik etmiş Elçibəy Azərbaycan Xalq Cəbhəsinin sədri olub. 1992-93-cü illərdə Azərbaycan Respubliksının prezidenti vəzifəsində çalışıb. 4 iyun 1993-cü il hadisələri nəticəsində hakimiyyətdən devrilib. //modern//

AzNews.az