Şahin Mustafayev rəhbər təyin edildi

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması haqqında sərəncam imzalayıb.

Yaradılmış Milli Fəaliyyət Qrupuna iqtisadi inkişaf naziri Şahin Mustafayev rəhbər təyin olunub.

Qrupda həmçinin digər nazirlik və komitələrin nümayəndələri, nazir müavinləri, səhmdar cəmiyyətlərin rəhbərləri təmsil olunurlar.

Milli Fəaliyyət Qrupuna "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə müvafiq strategiyaların, dövlət proqramlarının, digər sənəd və tədbirlərin layihəsini hazırlayıb müəyyən olunmuş qaydada dövlət başçısına təqdim etmək tapşırılıb.//apa//

AzNews.az