Hüseyn Abdullayevin ittihamlarına YAP-dan CAVAB

Sabiq millət vəkili, iş adamı Hüseyn Abdullayev dünən mətbuata müraciət ünvanlayaraq bəstələdiyi "Susma" kompazisiyasına görə, hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

Milli Məclisin keçmiş üzvü hətta bu əsərinə görə, qardaşının səbəbsiz olaraq işindən azad edildiyini və ailəsinə qarşı hakimiyyət tərəfindən ciddi təzyiqlərin olduğunu müraciətində qeyd edib.

Bir vaxtlar Azərbaycan hakimiyyətinə yaxın olan H.Abdullayevin bu çıxışına hakim partiyanın cavabı gecikmədi.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az-a açıqlamasında Hüseyn Abdullayevin səsləndirdiyi fikirlərin yalan olduğunu deyib. YAP rəsmisi deyir ki, H.Abdullayevə heç kim təzyiq göstərməyib:

"Hakimiyyət tərəfindən heç kimə təzyiqlər yoxdur. Yalan söhbətlərdir. Biri deyir ki, "məni apardılar flan yerdə döydülər", biri deyir "başıma güllə dirədilər". Hər yerində duran deyir ki, "mənə təzyiqlər olur". Təbii bunların hamısı ictimaiyyəti aldatmaq, gündəmdə qalmaq üçün atılan addımdır".

AzNews.az