İlkin Rüstəmzadə həbsxanada ailəsi ilə görüşdü

Həbsdə olan Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə iyunun 6-da saxlanıldığı 1 saylı Bakı Şəhər İstintaq Təcridxanasında ailəsi ilə görüşüb.

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə İ.Rüstəmzadənin atası Bakir Rüstəmzadə verib: "Biz bu gün İlkinlə görüşdük. İlkinin əhval-ruhiyyəsi, saxlanma şəraiti normaldır, səhhətində heç bir problem yoxdur. Onu dəstəkləyən hər kəsə öz minnətdarlığını bildirdi və hər kəsə salamlarını çatdırmağı xahiş etdi."

Xatırladaq ki, İlkin Rüstəmzadə Cinayət Məcəlləsinin 221.1.2 və 221.2.2 maddələri ilə təqsirləndirilərək həbs edilib.

AzNews.az