Mikayıl Cabbarovun imzaladığı əmrdə yanlışlıq - FAKT

Əmrin icrası vəzifəsindən azad olunan İlham Pirməmmədova necə həvalə oluna bilər?



Xəbər verdiyimiz kimi, təhsil naziri vətəndaşların qəbulu qaydalarının təsdiq edilməsi barədə əmr imzalayıb. İyunun 7-də "Azərbaycan müəllimi" qəzetində dərc olunan əmrə əsasən "Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları", "Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki" təsdiq edilib.

Ancaq maraqlıdır ki, əmrin 5-ci bəndində əmrin icrasına nəzarət mayın 30-da vəzifəsindən uzaqlaşdırılan Təhsil Nazirliyinin keçmiş Aparat rəhbəri İlham Pirməmmədova həvalə edilib. Əmrdə İlham Pirməmmədov aparat rəhbəri kimi təqdim edilib.

Əmrlə tanışlıq göstərir ki, təhsil naziri Mikayıl Cabbarov sözügedən sənədi mayın 31-də, yəni İ. Pirməmmədov vəzifədən uzaqlaşdırıldıqdan 1 gün sonra imzalayıb. Belə olan halda mayın 30-da işdən çıxarılan şəxsin bir gün sonra yenidən aparat rəhbəri kimi nazirin imzaladığı əmrdə adının keçməsi yəqin ki, texniki yanlışlıqla əlaqədardır.

Qeyd edək ki, hazırda nazirliyin aparat rəhbəri Ceyhun Bayramovdur.

Xatirə
AzNews.az