“Bu gün Azərbaycanın kifayət qədər hərbi gücü var“

"Baqdasaryanın bəyanatı xof yaratmaq məqsədi daşıyır. Ümumiyyətlə, ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adından çox istifadə edirlər. Onların ən böyük arzuları budur ki, indiki vəziyyətdə KTMT-ı onlara dəstək olsun və onlara havadarlıq etsin. Ermənistan Qarabağ münaqişəsinə bu təşkilatı da cəlb etmək istəyir".

Bunu Modern.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. O, Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın Rusiyanın Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bayrağı altında əlavə hərbi bazalar yaratmaq niyətləri barədə açıqlamasını şərh edərkən bildirib:

"Yeni bazalar psixoloji təzyiq üçün istifadə olunacaq. Çünki Cənubi Qafqazda Rusiyanın maraqlarına cavab verməyən Gürcüstan və Azərbaycandır.

Azərbaycan üçün heç bir təhlükə görmürəm. Onlar özləri də gözəl başa düşür ki, indi artıq 90-cı illər deyil ki, Azərbaycana hər hansı açıq təzyiq edilsin. Bu gün Azərbaycanın kifayət qədər hərbi gücü var.

Rusiya, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı "kobudluq" etmək istəsə bu elə də asdan başa gəlməyəcək".

AzNews.az