Başçı-müavin ziddiyyətlərinin kəskinləşməsində qadın izi… Başçı-müavin ziddiyyətlərinin kəskinləşməsində qadın izi…

Lütfəli Babayev müavinini işdən qovmasından danışdı - ÖZƏL

Başçı-müavin ziddiyyətlərinin kəskinləşməsində qadın izi…



Əldə etdiyimiz məlumata görə, Zərdab Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib. Rayonun İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev müavini Tofiq Abdullayevi işdən azad edib.

Zərdabdan AzNews.az-a verilən məlumata görə, L.Babayev müavini T.Abdullayevi işdən kənarlaşdırmasının əsl səbəbi müavinin bir müddət əvvəl icra başçısını onu zorlamaqda ittiham edən Şəfəq Səfərəlyevaya kömək etməsi olub. Digər bir məlumata görə isə, Lütvəli Babayev özü haqqında mətbuatda gedən məlumatların məhz bu müavini tərəfindən ötürüldüyündən şübhələnib.

Ancaq icra başçısı T.Abdullayevin 8 dəqiqə işə gecikməsini bəhanə edərək bununla bağlı akt tərtib edib, onu işdən azad çıxarıb.

Məlumatda bildirilir ki, T.Abdullayev vəzifəsini təhvil verməkdən imtina etsə də, icra başçısının sərt təpkisindən sonra geri çəkilməli olub. Bildirilir ki, hazırda T.Abdullayevin kabineti möhürlənib və icra hakimiyyətinin binasına buraxılmır.

Bu barədə AzNews.az-a danışan Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev müavinini işdən qovduğunu təsdiqləsə də, məlumatın digər hissəsi barədə açıqlama verməkdən imtina edib. İcra başçısı bildirib ki, T.Abdullayevin işində bir sıra nöqsanlar var idi və bu səbəbdən də onu tutduğu vəzifədən azad edib: "O, öz nöqsanlarını özü də etiraf edib".

Nöqsanların nədən ibarət olduğunu isə L.Babayev işdən qovulan müavinin özündən soruşmağımızı məsləhət gördü: "Mənim haqqımda mətbuatda gedən məlumatları onun ötürdüyü ilə bağlı iddialar isə doğru deyil. Həmin məlumatları mətbuata T.Abdullayev ötürməyib".

Bahar Rüstəmli,
Anar
AzNews.az