"Yollarda qanun mənəm, indi apararam şöbəyə, onda bilərsən mən kiməm" "Yollarda qanun mənəm, indi apararam şöbəyə, onda bilərsən mən kiməm"

YAP-ın rəsmi orqanı yol polisini “vurdu“ - Şikayət

"Yollarda qanun mənəm, indi apararam şöbəyə, onda bilərsən mən kiməm"




Şimal bölgəsinə üz tutan vətəndaşlar addımbaşı polis müdaxiləsi ilə üzləşirlər.

Artıq yay mövsümü gəlib. Bakının istisindən, şəhərin bürküsündən canını qurtarmaq istəyən vətəndaşlar üz tuturlar sərin yerlərə, meşələrə, istirahət məkanlarına. Amma şəhərin istisindən canını qurtarmaq istəyənlər Dövlət Yol Polisinin əməkdaşları ilə rastlaşana qədər cənnətə düşəcəklərini düşünürlər. Amma ...

Məsələ bundadır ki, ölkəmizin əsasən Şimal bölgəsində istirahət etmək istəyənlər onları bu ləzzətdən məhrum edənlərin məhz polis olduğunu deyirlər. SİA-nın e-mail poçtuna qısa müddət ərzində daxil olan şikayətlər də bunu təsdiq edir. Şikayətçilərdən biri yazır ki, onun və ailəsinin istirahət keyfinə Quba-Qusar yolunda yol polisi əməlli-başlı soğan doğrayıb: "10 YP 769 nömrə nişanlı yol patrul xidməti maşınımı saxlatdı. Nə olduğunu soruşanda bildirdi ki, hələ dilin də var danışırsan? Sənin maşınını tutmaq olmur, sən maşını "samolyot" kimi sürürsən". Polis serjantına bildirdim ki, mən yüksək sürətlə sürmürəm, üstəlik ailəm də maşındadır. Bundan başqa mən bura istirahət etməyə gəlmişəm, yarışa yox. Qeyd edim ki, polis əməkdaşı maşına doğru yaxınlaşanda onun içkili olduğunu hiss etdim. Amma mübahisə düşməsin deyə etiraz etmədim. Həmin serjantın soyadı Bəşirovdur".

Məlumat üçün bildirək ki, Şimal bölgələrimizə istirahət üçün gedən vətəndaşların əksər şikayəti Dövlət Yol Polisinin əməkdaşlarındandır. Şikayətçilərdən biri də 27 BF 200 dövlət nömrə nişanlı VAZ 21099 markalı maşının sürücüsüdür. O yazır ki, ailəmlə Quba-Bakı yolu ilə gələrkən yol polisinin mədəniyyətdən uzaq davranışı ilə rastlaşıb: "Maşınımda xanım olduğunu görən yol polisi maşınımı saxlatdı. Başını maşının içərisinə uzadır ədəbsiz şəkildə "həə... qız aparırsan?" deyə soruşdu. Mən ona bir az mədəni olmağa dəvət etdim və maşındakının kimliyinin ona dəxli olmadığını və ümumiyyətlə, yol polisinin insanların istirahət hüququna bu şəkildə müdaxilə etməyin qanuna zidd olduğunu bildirdim. O isə "yollarda qanun mənəm, indi apararam şöbəyə, onda bilərsən mən kiməm" dedi. Xahiş edirəm, aidiyyəti qurumlara xəbər verin, qoy onlar polislərə bir az nəzakət dərsi keçsinlər. Yoxsa, belə davam etsə polislərin kobudluğu ucbatından turizm sahəsi müştəri sarıdan çox qıtlıq çəkəcək".

Üçüncü şikayətçimiz isə 10 MB 742 dövlət nömrə nişanlı "Honda Akkord" markalı maşının sürücüsüdür. Bu vətəndaş da polisin davranışından, lazım oldu-olmadı maşınları saxladıb sərnişinlərin kimliyini soruşmasından, insanların istirahət hüquqlarının gobud şəkildə pozulmasından, hüç bir səbəb olmadan cərimə protokollarının yazılmasından şikayətçidir: "Protokol yazanda bunun niyə, hansı qanunsuz əmələ görə yazıldığını soruşanda adamın üstünı şər atmaqdan belə şəkinmirlər. Deyirlər, gedin kimə və hara şikayət edirsiniz edin. Sizə yox bizə inanacaqlar. Belə də iş olar, bəs biz dərdimizi kimə deyək?".

AzNews.az