- Köhnə - Cəmiyyət
- 28 İyun 2013 19:55
- 2 013
Kəmaləddin Heydərov Gəncədə vətəndaşları qəbul etdi
AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 53 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 200-dən artıq, digər məsələlərlə bağlı müraciət edən 26 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
AzNews.az