İslam Partiyasının sədri “kars”a salınıb

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov "kars"a salınıb.

Bu barədə AzNews.az-a onun vəkili Anar Qasımlı məlumat verib.

Vəkil bildirib ki, bu gün M.Səmədovla görüşmək üçün 11 saylı Cəzaçəkmə Müəssisəsinə gedib, lakin bəlli olub ki, onu karsa salıblar. Vəkil bildirib ki, M.Səmədovun hansı səbəbdən və neçə günlüyə "kars"a salındığı ilə bağlı ona məlumat verməyiblər.

Vəkil A.Qasımlının sözlərinə görə, onu həbsxanaya buraxmayıblar və deyiblər ki, Cəzaçəkmə Müəssisəsinin rəisi yasa gedib və vəkil müvəkkili ilə görüşmək üçün sabah yenidən gəlsin.


Anar
AzNews.az