İlk tələbə qəzetinin 2 yaşı tamam oldu

Baş redaktor: "Əsas qayəmiz bugünkü işıqlı Azərbaycanın nurunu sabaha daşımaqdır"

Bu gün Azərbaycan mətbuatı tarixinin ilk, müstəqil və genişmiqyaslı tələbə qəzeti olan "Student TIMES" 2 yaşını qeyd edir. Qəzet tələbələr tərəfindən təsis edilib. Əsas məramı maarifləndirməkdir. Artıq 2 ildir ki, böyük formatda, rəngli və fərqli dizaynda nəşr olunan "Student TIMES" Qafqazın və Mərkəsi Asiyanın ilk və ən böyük tələbə qəzetidir.

Səhifələrində 4 müxtəlif dillərdə(Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, ingiliscə və rusca) yazı dərc edilən bu qəzet yayım şirkətlərinin son 1 il üçün yaydığı statistik məlumatlara görə, Azərbaycanda ən çox alınan 7 qəzetdən biridir.

Qəzetin təsisçisi və baş redaktoru Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bu ilki məzunu Məmməd Ağayev yaxın zamanlarda qəzetin saytının da fəaliyyətə başlayacağını deyir: "Burada da yeniliklər etməyi düşünürük. Hesab edirəm ki, saytımız hər bir bilgili tələbənin zövqü və marağı ilə uyğunluq təşkil edəcək. Bu qəzetdə gənclər məmləkətin sağlam gələcəyini formalaşdırırlar. Bizim əsas qayəmiz bugünkü işıqlı Azərbaycanın nurunu sabaha daşımaqdır."
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla müxtəlif dünya ölkələrində fəaliyyət göstərən 23 universitetin tələbələri "Student TIMES"la əməkdaşlı edirlər. Qəzet tələbələrin cib xərcliyi hesabına nəşr olunur.

AzNews.az