- Köhnə - Cəmiyyət
- 12 İyul 2013 08:47
- 2 110
Son 10 ildə Azərbaycanda 500 tibb müəssisəsi tikilib

Quliyev həmçinin Bakıda keçirilən konqresin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu konqresin Azərbaycanda keçirilməsi Azərbaycanda tibb sahəsində mühüm irəliləyişlərin əldə olunmasından xəbər verir.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Avropa Neonatoloqlar Birliyi arasında əldə edilmiş razılaşmaya əsasən iyulun 12-13-də Avropa Neonatoloqlar Assosiasiyası ilə birgə I Bakı Beynəlxalq Neonatoloji Konqres keçirilir.
Konqresin işində Almaniya, İtaliya, Türkiyə, Norveç, Finlandiya, Rusiya və Gürcüstan kimi dövlətlərdən 250 dən artıq dəvət olunmuş mütəxəssislər iştirak edir. Konqresin plenar iclasında Avropadan gəlmiş məşhur mütəxəssislərin neonatologiyanın aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxışları planlaşdırılıb.
AzNews.az