“Əsəd Cahangir çayxana qeybəti edir” “Əsəd Cahangir çayxana qeybəti edir”

Aqşin Yenisey Kamal Abdullanın müdafiəsinə qalxdı

“Əsəd Cahangir çayxana qeybəti edir”


"Ədəbi mühitdə Əsəd Cahangiri "tanısalar da", Emin Pirini tanıyan yoxdur. Bu adamların cütləşib, Kamal Abdullaya qarşı çıxmaları mənim üçün anlaşılmazdır. Bəlkə də ədəbi günvurma əlamətidir. Kamal Abdulla istedadına güvəndiyi bütün gəncləri oxuyur və hətta oxutdurur, onların bir çoxunu işə də götürür, çayxanalardan dartıb, universitet mühitinə gətirir".

Bu sözləri AzNews.az-a açıqlamasında şair Aqşin Yenisey deyib. O, tanınmış yazıçı Kamal Abdulla ilə gənc şair Emin Piri və tənqidçi Əsəd Cahangir arasında yaşanan qalmaqalla bağlı fikirlərini bildirib.

A.Yenisey deyib ki, Ə.Cahangir və E.Pirinin K.Abdulla barəsində danışdıqları çayxana qeybətidir.

Qeyd edək ki, gənc şair Emin Piri Slavyan Universtitetinin rektoru, yazıçı Kamal Abdullanın onu ölümlə təhdid etdiyini iddia etmişdi.

Bahar Rüstəmli
AzNews.az