- Köhnə - Cəmiyyət
- 22 İyul 2013 12:00
- 3 814
ABŞ ictimai xadimi Şeron Nazaryan Azərbaycana səfər etdi
APA-nın məlumatına görə, səfər çərçivəsində Ş.Nazaryan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, digər vəzifəli şəxslər, media və Azərbaycanda yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirib.
Azərbaycanla tanışlıq məqsədini daşıyan səfər çərçivəsində Ş.Nazaryan ölkəmizin həyatının bütün sahələri ilə maraqlanıb, müzakirələr aparıb. Səfər Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, ABŞ-da nüfuza malik olan Nazaryan ailəsi 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra ölkəni tərk etməyə məcbur olub. 2000-ci ildə yaradılan Fondun əsas fəaliyyət istiqaməti isə təhsil, mədəniyyət, sosial siyasət sahələrindəki layihələrin, təhlillərin maliyyələşdirilməsidir.
AzNews.az