"Reallıqdan uzaq söhbətlərə zaman ayırmaq istəmirəm" "Reallıqdan uzaq söhbətlərə zaman ayırmaq istəmirəm"

Eldar Həsənov Azərbaycana buraxılmamasından danışdı

"Reallıqdan uzaq söhbətlərə zaman ayırmaq istəmirəm"





"Kimlərinsə barəmdə yazdıqları böhtan, uydurma informasiyalara münasibət bildirməyi məqbul hesab etmirəm. Reallıqdan uzaq söhbətlərə zaman ayırmaq istəmirəm. O məsələyə münasibət bildirmək olar ki, ən azı həqiqətə yaxın olsun".

Bu sözləri "Bizim Yol"a açıqlamasında Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı səfiri Eldar Həsənov söyləyib.

Qeyd edək ki, bəzi media orqanlarında Eldar Həsənov barəsində müxtəlif səpkili informasiyalar yayılır. İddiaların birində qeyd olunur ki, Eldar Həsənov hətta Azərbaycana da buraxılmır.

Səfir isə bununla bağlı sualıgülüşlə qarşıladığını deyib: "İldə bir dəfə barəmdə qeyri-ciddi informasiyalar yazırlar. Bu da onlardan növbətisidir".

AzNews.az