Rusiya ilə Səudiyyə Ərəbistanı arasında vizasız rejim qüvvəyə minir

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında vizasız gediş-gəliş rejimi mayın 11-dən etibarən qüvvəyə minəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya vətəndaşları Səudiyyə Ərəbistanı ərazisinə vizasız daxil olaraq il ərzində ardıcıl və ya ümumilikdə 90 gündən çox olmamaq şərtilə ölkədə qala biləcəklər.

Qeyd olunub ki, bu rejim yalnız turistik və qısamüddətli səfərləri əhatə edir. Yəni vətəndaşlar həmin müddətdə işləmək, təhsil almaq və ya ölkədə daimi yaşamaq hüququna malik olmayacaqlar.

Bu məqsədlərlə səfər etmək istəyən şəxslər müvafiq vizalar almalıdırlar. Həmçinin, dini ziyarətlər (həcc və ümrə) üçün də ayrıca viza tələb olunacaq.

Mövsüm,

AzNews.az