Millət vəkili azana görə təşəkkür etdi


"ANS kanalının bir hərəkətini təqdir etmək istəyirəm. Verilişin ortasında Əzan vaxtı yaxınlaşanda proqramı dayandırıb Əzan səsini efirə verirlər. Bu inanclı insanlarda çox yaxşı əhval-ruhiyyə yaradır".

Bunu millət vəkili Fazil Mustafa Facebook səhifəsində yazıb: " İslam bizim həyatımızla iç-içə olan bir dəyərimizdir, Əzan isə onun ən möhtəşəm simvoludur. Diqqət etmisinizsə, Türkiyədə seçkiqabağı mitinqdə hansısa siyasətçi çıxış edərkən, Camidən gələn Əzan səsini eşidən kimi, dərhal çıxışını dayandırır, hər kəsə bu əsrarəngiz ilahi çağrışı dinləmək imkanı yaradır. Bu bir mədəni davranış nümunəsidir, bizdə də belə bir həssaslığın olması həqiqətən ürəkaçan olardı. Onsuz da Ramazan ayında Azərbaycan televiziyaları Allaha inad hansısa İslam maarifçiliyi ilə bağlı ciddi veriliş vermədilər, heç olmazsa ANS-in bu hərəkəti bizim də məmləkətdə müsəlmanların yaşamasndan dünyanı agah edir".

AzNews.az