Qanunsuz silah gəzdirməkdə ittiham olunan dindar azadlığa çıxdı

Həbsdə olan ilahiyyatçı Hacı Cavid Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb. AzNews.az xəbər verir ki, o, dünən axşam həbsdən çıxıb.

Qeyd edək ki, C.Məmmədov Nəsimi rayon Məhkəməsinin qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan olunub. Ötən il oktyabrın 17-də Nəsimi RPİ tərəfindən saxlanılan C.Məmmədov əvvəlcə oktyabrın 5-də keçirilmiş hicab aksiyasının təşkilatçısı olmaqda günahlandırılsa da, sonradan ittiham dəyişdirilib. Onunla bağlı qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi açılıb.

Ruhiyyə
AzNews.az