- Köhnə - Cəmiyyət
- 12 Avqust 2013 11:00
- 4 452
Təhsil Nazirliyindən distant təhsillə bağlı açıqlama
AzNews.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın tələblərinə riayət olunmaqla həyata keçirilir: "Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil alan şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb".
AzNews.az