- Köhnə - Cəmiyyət
- 13 Avqust 2013 11:06
- 2 414
Mikayıl Cabbarova yeni müavin təyin edildi
O, bu vəzifədə bir müddət əvvəl müavin postundan kənarlaşdırılan Qulu Novruzovu əvəz edəcək. Bununla belə təhsil nazirinin daha iki müavini vəzifəsi hələ də sahibini gözləyir.
AzNews.-az-a daxil olan məlumata görə, Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama verməsə də, nazirliyin saytında bəzi dəyişikliklərin olması xəbərin doğruluğuna əsas yaradır. Nazirliyin rəsmi saytında telefon soraqçası bölməsində bir neçə gün əvvələ qədər Ceyhun Bayramovun adı aparat rəhbəri kimi qeyd olunmuşdu. Ancaq hazırda həmin bölmənin yenidən hazırlandığı bildirilərək əvvəlki məlumatlar saytdan silinib.
Qeyd edək ki, Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub.
Elnur
AzNews.az