Prezidentin kitabxanalara verdiyi kitablar metroda satılır - FOTO

Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan və kitabxanalara hədiyyə edilən kitablar satışa çıxarılır.

AzNews.az xəbər verir ki, bu sərəncama əsasən çap edilən kitabların satışına metronun Elmlər Akademiyası stansiyasının girişindəki kitab köşkündə rast gəlinib. Konkret olaraq Xalq şairi Nəriman Həsənzadənin kitabını istəyən oxucuya sərəncamla çap edilən kitab təklif olunub. 5 manata satılan kitab piştaxta altından çıxarılaraq oxucuya verilib. Kitabın 1-ci və 17-ci səhifəsində isə Pirşağa qəsəbə kütləvi kitabxanasına hədiyyə edildiyini bildirən möhür olub. Kitabın 3-cü səhifəsində isə belə yazılıb: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə olunur.

Elnarə
AzNews.az
image description