Seçki təşviqatına qoşulacaq KİV-lərin SİYAHISI

Mərkəzi Seçki Komissiyasına müraciət müddəti sentyabrın 2-də bitib



9 oktyabr seçkisində ödənişli təşviqat aparmaq istəyən media qurumlarının Mərkəzi Seçki Komissiyasına müraciət müddəti sentyabrın 2-də bitib.

ANS PRESS-in məlumatına görə, MSK-nın saytında 51 kütləvi informasiya vasitəsinin müvafiq bildirişləri, ödənişin şərtləri və məbləği barədə bilgiləri yer alır. Müraciət edənlərin 1-i teleradio şirkəti, 26-sı qəzet, 24-ü agentlik, portal, internet televiziyası və internet radiosudur.

Seçki Məcəlləsinə görə, nizamnamə kapitalında xarici dövlətlərin, xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olan hüquqi şəxslərə seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilir.

Qeyd edək ki, 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə prezidentliyə qeydə alnmış namizədlərə aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaqdır:
İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetləri.

AzNews.az