Bakıda yeni dini təriqət- Foto

Bu dəfə paytaxt sakinlərinin daha müasir üsullarla yoldan çıxarılmasına cəhd göstərilir

Azərbaycan hökumətinin yürütdüyü tolerant siyasət qonşu və uzaq ölkələrdən olan fırıldaqçıların paytaxt Bakıya təbliğat məqsədiylə gəlməsi ilə nəticələnib.

FaktXəbər-in məlumata görə, "Yeqova şahidləri", "Vəhhabi" və başqa cərəyanlardan sonra indi də "rəsul" (Allahın elçisi) kimi təqdim edilən türkiyəli İskəndərin sektası şəhərimizə üz tutub. Bundan əvvəlki sektalar şəhərdə ofis və mərkəz yaratmaqla fəaliyyət göstərirdisə, İskəndərin fırıldaqçıları paytaxtdakı yaşayış evlərinin qaşısına məktub formasında broşürlər paylayıblar.

Qeyd edək ki, "ALLAHA və sonsuz xoşbəxtliyə DƏVƏT" başlığı ilə yazılan broşürlər sakinlərin yaşadığı mənzillərin qapısına yapşdırılıb. Orada yazılır ki, hər iki dünyada xoşbəxt olmaq istəyənlər sputnik anten vasitəsilə hidayəçi alim"in mütləq bazar günlərindəki çıxışlarına qulaq asmalıdırlar. Həmçinin vərəqələrdə "Facebook" və "Odnoklassniki" sosial şəbəkələrdəki ünvanlar və əlaqə vasitələri də yazılıb. Qısa müddət ərzində apardığımız araşdırmalardan məlum oldu ki, təbliğatı aparılan şəxs Türkiyədə peyğəmbər kimi təqdim edilən İskəndər adlı fırıldaqçıdır. Onun bir çox video və görüntüləri özünü rəsul elan etmiş şəxsin qadınlara qarşı həddən artıq həssas münasibətindən xəbər verir. Elə bu səbəbdən həm KİV, həm də əhali arasında yalançı peyğəmbər nifrətlə qarşılanır.

AzNews.az
image description