- Köhnə - Cəmiyyət
- 11 Sentyabr 2013 13:23
- 3 270
Hüquq müdafiəçisi Akif Muradverdiyevlə görüşdü
Bu barədə APA-ya E. Behbudov məlumat verib.
E. Behbudov orada saxlanılan, qaçaqmalçılıqda təqsirləndirilən, Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevlə görüşdüyünü bildirib: "Akif Muradverdiyev ona qarşı sürülən ittihamla özünü təqsirkar bilmir. Bununla belə, Akif Muradverdiyev saxlanmadan və ona qarşı olan rəftardan heç bir şikayət etmədi".
E. Behbudov, həmçinin MTN-in təcridxanasında təqsirləndirilən şəxslər, Seyran Nəcəfov və Silahlı Qüvvələrin hərbçisi Vüsal İsbarovla də görüşüb. Hüquq müdafiəçisi qeyd edib ki, S. Nəcəfov qaçaqmalçılıqda, V. İsbarov isə xidmət etdiyi hərbi hissədə silah-sursat gizlətməkdə təqsirli bilinirlər. Onlar saxlanma şəraitindən və özlərinə qarşı rəftardan heç bir şikayət etməyiblər.
E. Behbudov MTN-in təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlandığını bildirib: "Mənə verilən məlumata görə, Hacı Məmmədov özünü yaxşı hiss edir. Hacı Məmmədov ailə üzvləri ilə görüşməkdən, evdən hansısa azuqənin ona göndərilməsindən imtina edib. Hacı Məmmədov televizorla təmin edilib".
AzNews.az