Azad Rəhimov vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 17-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11.00-da Gəncə Dövlət Aqrar Universitetinin baş binasında (Gəncə şəhəri, Atatürk prospekti, 262 (Xan bağının yanı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşların 16 sentyabr 2013-cü il tarixinədək (şənbə və bazar günləri də daxil olmaqla) saat 09.00-dan 18.00-dək adı qeyd olunan şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur.

AzNews.az