İntihar edən əsgərin son statusu: “Bəlkə mənim də qismətimdə bir güllə oldu”

Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində intihar etdiyi bildirilən əsgər, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlunun facebook sosial şəbəkəsində paylaşdığı statuslar maraq doğurub.

Anar Əsgərlinin yeni profil fotosunda əsgər məzarına qərənfil qoyan qız təsvir olunub. A.Əsgərli statusunda "Bəlkə mənim də qismətimdə bir güllə oldu" deyə yazıb.

Anar Əsgərov adı ilə "Facebook"da qeydiyyatdan keçən mərhum əsgərin paylaşdığı son status isə belə olub: "Bir şəhid anası dövlətə səsləndi: "18 il kirayədə oğul böyütdüm, dövlət onu 18 ay qoruya bilmədi".

AzNews.az
image description image description image description image description image description