Qadın cinsli jurnalistika

…Bir də görürsən ki, saytda gurultu qopdu, aləm bir-birinə dəydi.

– Axı demişdim,
"Hikkəxanım"ın saytını izləyin!..

Baş redaktorun qışqırığından hamı diksinir. Söhbətin kimdən getdiyi hamıya məlumdur – rəqib saytın xanım baş redaktoru...

– Vallah indicə qoyublar lentə. İnanmırsınız saata baxın...

Xanım baş redaktor sayta heç gözucu da baxmır.

– Tez zəng eləyin deputata. Deyin ki, sizdən soruşsalar, deyin ki, bu xəbəri bizə də vermisiz. Cavid, satı da 15 dəqiqə qabağa çək, yadından çıxmasın ha!.. Yazıq müxbir nömrəni yığır. "Aradığınız şəxsə zəng çatmır..."

– Bəs indi neyləyək?
– Köməkçisinin nömrəsini yığ.
– Müəllimə, mən ona zəng eləməyəcəm, keçən dəfə abrımı ətəyimə bükdü.
– Söz güləşdirmə, nömrəni yığ!!!

Qorxudan rəngi ağarmış müxbir cib telefonundakı rəqəmləri döyəcləyir. Telefona cavab verilmir...
İkinci cəhd, üçüncü... beşinci...

– Mən demişdim axı, – müxbir azca cəsarətlənir...
– Maymaqsız, "Hikkəxanım"ın əfəl müxbirləri qədər də deyilsiz!!!

Otaqda kimsənin cınqırı çıxmır.

– Cavid, ev nömrəsi var onun?

– Var. – Arvadıyla danış...

– Müəllimə, onun arvadı... – pıqqıldayıb gülür, sonra baş redaktorun qulağına nəsə pıçıldayır.
– Əşşi, nə dəxli var, Cavid, zəng elə ey. Ölmüşdü Bikə xanım ki "Hikkəxanım"ın saytına istinad edə!..

Cavid üzüyola müxbiri deputatın ev nömrəsini yığmağa məcbur edir.

– Salam, xanım.

– Salam, caaanıııım...

– Bağışlayın ki, sizi narahat edirəm, bizə...

– Şəkərim, sən kimsən?

– Bilirsiz mən "Tıq-tıq.az"danam...

– Aşkım, sənsən?...Bu nə zarafatdı....

– Xanım mən...

Cavid dəstəyi müxbirin əlindən qoparır. Qulaq asdıqdan sonra çırpır.

– Mən sənə demişdim axı, – narazı ifadəylə baş redaktorun üzünə baxır.

– Yaxşı, sən çıxış yolunu de...

Cavid fikirləşir. Çənəsini əlinə söykəyir.

– Əşşi öz xəbərimiz kimi verək də. Etiraz eləsələr, deyərik ki, bizə də açıqlama verib.

– Yaxşı, Cavid, sən deyən olsun, amma üstümə gəlsələr....

– Özüm cavablarını facebook-da verərəm.

...10 dəqiqə sonra.

"Hikkəxanım": – Mənə deyirsən bunu? Səni işə götürən o əxlaqsıza de ki...

Cavid: – Əxlaqsız özünsən!

"Hikkəxanım": – Sənin dədəndi!

Cavid: – Sənin ... anandı!

"Hikkəxanım": – Sizin o fahişə Bikə....

15 dəqiqə sonra.

Cavid: – Belə əlimin içindən gəlir... ...Axşam. Rəsmi tədbir. KİVDDF-nin təşkilatçılığı ilə "İnternet mediasında istinad mədəniyyəti" mövzusunda konfrans.

"Hikkəxanım" adlandırılan sayt baş redaktoru ilə "Tıq-tıq.az"ın baş redaktoru yanaşı oturublar. Simalarında bir qətrə də əsəbilik yoxdur. Bir qədər əvvəl qapıda öpüşüb görüşüblər...

– Az saa qurban olaram eee... Nə var, nə yox?...

– Az, canın yanmasın, səndən bir dənədi... Vallah hamıya deyirəm ki, Azərbaycanda nömrə bir sayt sənindi...

P. S. Bu da nəticə: "Göyçayda qayınata övladının sonzuluğunun gizlədilməsi üçün gəlinini zorlayıb. Türkürpədici hadisə Göyçayın Qarağıdır kəndində İbrahimovlar ailəsində baş verib..."

AzNews.az