İlyas İsmayılovdan MSK-ya ittiham

Dünən prezidentliyə namizədlərin İctimai radioda ilk debatı baş tutub. Xatırladaq ki, namizədlər efir vaxtından pulsuz yararlanıblar.

Amma nədənsə digər namizədlərdən fərqli olaraq, İlyas İsmayılov və ya onun nümayəndəsi İctimai radionun namizədlər üçün yaratdığı bu şəraitdən istifadə etməyib. Debatda iştirak etməməsinin səbəbini öyrənmək üçün İlyas İsmayılovla əlaqə yaratdıq. "Axar.az"a açıqlama verən Ədalət partiyasının sədri İctimai radionun efir vaxtından kənarda qalmalarının səbəbini MSK-da gördü: "Günah bizdə yox, Mərkəzi Seçki Komissiyasındadır. Hər gün get-gəl ediblər bizi. İki nümayəndəmizi – Ayaz Əfəndiyev və Mütəllim Rəhimovun sənədlərini qəbul etməyiblər. Deyirlər ki, onlar yararsızdır. Belə bürokratik əngəllərlə qarşımızı kəsirlər".

Xəbər "Axar.az"dan gəlir