YAP bölgələrdə mitinqə başladı - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) bölgələrdə seçkiqabağı təbliğat kampaniyasına başlayıb. Modern.az-ın məlumatına görə, Şəki rayonunun ucqar kəndlərindən başlayan təbliğat-təşviqat işləri izdihamlı mitinqlərlə müşaiyət olunur. Rayonun Dəhnə , Kiş və Göynük kimi ən böyük kəndlırində keçirilən görüşlərə minlərlə sakin qatılıb. Mitinqlərdə çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Yaqub Mahmudov və Şəki dairəsindən millət vəkili Cavanşir Feyziyev sakinləri seçkilərdə fəal iştirak etməyə, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və bu yolda heç bir çətinliklərdən və təzyiqlərdən çəkinməyən İlham Əliyevə səs verməyə çağırıblar.

Mitinqlərdə çıxış edən seçicilər Azərbaycanı daim irəliyə aparan, onu qabaqcıl dünya dövlətləri sırasına çıxaran prezidentliyə namizəd İlham Əliyevə alternativ görmədiklərini bəyan edərək, qarşıdan gələn seçkilərdə hamılıqla onu dəstəkləyəcəklərini bildirib.

AzNews.az