İlham Əliyev Avropa Milli Kitabxanaları Konfransının prezidentini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasineni və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul edib.

Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan dövlət başçısı tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin iştirakının önəmini qeyd edib. Prezident konfransda müzakirə olunacaq məsələlərin kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində və Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirində iştirak edəcəklərini vurğulayan Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

AzNews.az