Ərəb seysmoloqlar Bakıda- Foto

Səudiyyə Ərəbistanı seysmoloqları Bakıdadır.

AzNews.az-a AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətindən daxil olan xəbərə görə, qonaqlar "Saudi ARAMCO" şirkətinin seysmologiya bölməsinin rəhbəri doktor Cvetan Sinadinovski və şirkətin geofiziki Armando Senadır.

Bu gün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olan ərəb seysmoloqlar bir sıra görüşlər keçiriblər. RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşən qonaqlar RSXM-in Monitorinq Mərkəzində görülən işləri yüksək qiymətləndiriblər.

RSXM-in Baş direktoru Q.Yetirmişli qonaqlara mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verib. Görüş zamanı birgə əməkdaşlıq da müzakirə olunub. Belə ki, istər qarşılıqlı təcrübə mübadiləsi, istərsə də, azərbaycanlı gənclərin Səudiyyə Ərəbistanında doktorantura təhsili almasına dair məsələlər müzakirə edilib.

AzNews.az