Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə görüşdü

AzNews.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ATƏT-in baş katibi Lamberto Zanier ilə görüşüb.

XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az