Hüquq müdafiəçisi İqbal Ağazadənin vəkili oldu

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova prezidentliyə namizəd İqbal Ağazadənin vəkili olub. Bu barədə məlumat AzNews.az-a Ümid Partiyasından daxil olub. O, qarşıdan gələn seçkilərdə Milli Məclisin üzvü, Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin vəkili kimi çıxış edəcək.

Qeyd edək ki, bundan əvvəl jurnalist İlhamiyyə Rza da İ.Ağazadənin vəkili olub.

Elnarə
AzNews.az