- Köhnə - Cəmiyyət
- 2 Oktyabr 2013 11:32
- 3 351
Məzahir Pənahov İTV-dəki debatdan danışdı
"MSK hər zaman çalışıb ki, namizədlərə güzəştə getsin"
Dünyanın istənilən ölkəsində Azərbaycanda prezidentliyə namizədlərin teledebatlarında baş verən hadisələrdən qat-qat bərbad hadisələr baş verir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Mərkəzi Seçki Kopmissiyasının (MSK) sədri Məzahir Pənahov Bakıda Müstəqil Mətbuat Mərkəzinin açılışında bildirib.
M.Pənahov deyib ki, bu, namizədin öz səviyyəsidir: "Bundan cəmiyyət narahat olmalı deyil. Ciddi siyasətçiləri özündən çıxartmaq mümkün deyil, əsas məsələ siyasətçinin ekstremal vəziyyətdə davranışıdır".
MSK sədrinin sözlərinə görə, teledebatlarda yeganə qanunvericiliyin kobud şəkildə pozulması faktı Milli Şuranın namizədi Cəmil Həsənlinin Prezidentin ünvanına səsləndiyi təhqirdir ki, bu da Konstitusiya ilə qadağandır: "MSK hər zaman çalışıb ki, namizədlərə güzəştə getsin və bu səbəbdən ciddi xəbərdarlıqla kifayətləndik".
AzNews.az