- Köhnə - Cəmiyyət
- 4 Oktyabr 2013 11:43
- 2 390
Dövlət Reyestr Xidməti ilə bağlı biabırçı FAKT
Bunu AzNews.az-a vəkil Kamandar Nəsibov bildirib. Vəkilin sözlərinə görə, Yasamal rayonu Həzi Aslanov küçəsi, ev 13, mənzil 5-də yaşayan Nərminə Ağayevanın məhkəmə prosesi bunu bir daha sübut edib:
"Bu xanım 1995-ci ildə həmin mənzili alıb. Mənzil alınan zaman texniki pasporta əsasən evin sahəsi 159 kv metr göstərilib. Alğı-satqı müqaviləsində də bu əksini tapıb. 2 il əvvəl isə mənzilin sahəsinin 50 faizini qızına bağışlayıb. Sənədlər hazırlananda mənzilin sahəsi əvvəlki sənədlərdə olduğu kimi 159 kv metr yox, bu dəfə azaldılaraq 100,9 kv metr göstərilib". Bununla əlaqədar quruma qarşı iddia ilə məhkəməyə müraciət edən N.Ağayevanını iddiasına 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb. Ən maralı məqam isə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin mənzilin sahəsi ilə bağlı rəyi olub. Belə ki, aparılan ekspertiza göstərib ki, mənzilin sahəsi əvvəl verilmiş iki sənəddə də azaldılaraq göstərilib. Əslində isə mənzilin sahəsi 188 kvm-dir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mənzil sahəsi ilə bağlı qeydini bu ekspert rəyinə uyğunlaşdırılması barədə qərar çıxarıb. Reyestr Xidməti qərardan narazı qalaraq Apelyasiya şikayəti versə də, qətnamə növbəti instansiya məhkəməsində də qüvvədə saxlanılıb. Ancaq bu qərarla da razılaşmayan qurum kasasiya şikayəti verib.
K.Nəsibov vətəndaşlara müraciət edərək mənzil alğı-satqısı zamanı onları ehtiyatlı olmağa çağırıb: "Bu, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə bağlı ilk şikayət deyil. Belə müraciətlərin sayı çoxdur. Bu isə vətəndaşların həmin qurumun verdiyi sənədlərə qarşı xüsusilə diqqətli olmağa çağırır".
Elnarə
AzNews.az