TRT-dən Azərbaycandakı seçkilərlə bağlı açıqlama

TRT kanalı Azərbaycanda keçirilən prezident seçkilərini 3 çəkiliş qrupuyla işıqlandıracaq.


TRT-nin Bakı təmsilçiliyindən daxil olan xəbərə görə, TRT Azərbaycandakı seçki öncesi hazırlıqları günlərdir ekranlarında yayımlayır. TRT Bakı Təmsilciliyi tərəfindən hazırlanan xəbərlər və canlı bağlantılar TRT Haber və TRT Avaz kanallarından Türkiyədə ekranlara gəlir. Azərbaycandakı seçki həyəcanını TRT Türk kanalının iki çəkiliş qrupu tərəfindən də izlənilir. TRT-nin çəkiliş qrupları son iki gündə Azərbaycandakı prezident seçkiləri prosesini canlı yayınladı, özəl dosyalar və xəbərlərlə TRT ekranlarına, internet və sosial media səhifələrinə daşıdı. Seçkilərin nəticələrini Türkiyəyə çatdıran da TRT olacaq. Gün boyunca Azərbaycandakı seçki prosesi canlı bağlantılarla TRT ekranlarına gələcək. TRT-nin Bakı təmsilçisi Yüksel Değercan seçkilərin nəticələrinin saat 19:40-dan etibarən 2 saat ərzində AZTV studiyalarından həyata keçiriləcək yayınla TRT Avaz ekranlarına gələcəyini söyləyib.

TRT müxbiri Əmrah Timuçin Yazıçının moderatorluğunda baş tutacaq yayının qonaqları isə Türkiyənin Bakıdakı səfiri Alpər Coşqun, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar, Azərbaycanlı deputat Qənirə Paşayeva, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Türkiyə Masasının rəhbəri Cavid Vəliyev, APA-nın baş direktoru Vüsalə Mahirqızı və Azərbaycan Türkiyə Sənayeçi İş Adamları Birliyinin sədri Murad Bakır olacaq.

Proqramda seçkilərin nəticələri bütün detallarıyla dəyərləndiriləcək, Azərbaycan və Türkiyə əlaqələri, Azərbaycanın bölgəsində mühüm bir gücə çevrilməsi kimi məsələlər müzakirə ediləcək.

AzNews.az