Aktautdan seçki xəbəri- Foto

Azərbaycan Respublikasının Prezident seçkiləri ilə bağlı ölkəmizdən kənarda yaşayan Azərbaycan vətəndaşlarının da səsverməsi təşkil edilib. 16 saylı Yasamal II Dairə Seçki Komissiyasının Aktau şəhərində yerləşən 42 saylı seçki məntəqəsində Aktau, Atrau, Aktyubinsk və Mangistau vilayətində yaşayan 1500-dən artıq seçici səs verib.

AzNews.az-a daxil olan məlumata görə, bu saata qədər seçicilərin tam fəallığı hiss olunur. Mərkəzi Aktaudan uzaqda yaşasalar da, seçicilər çox böyük həvəslə səs verməyə gəliblər.

Baş konsulluqda seçkini komissiya üzvlərindən başqa Vilayətin ictimaiyyəti, ictimai xadimlər və Azərbaycan diasporunun üzvləri də izləyirlər. Bundan əlavə Baş konsulluqda seçkilərin keçirilməsi ilə əlaqədar yerli hakimiyyət orqanları təhlükəsizlik tədbirləri həyata keçirir. Baş konsulluqda Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçicilərin səsverməsi üçün hər bir şərait yaradılıb. Aktau şəhərindən və Seçki məntəqəsindən uzaqda yaşayan vətəndaşlarımızın seçkiyə gəlməsi üçün yerli diaspora və azərbaycanlı iş adamları tərəfindən avtomobillər də təşkil olunub. Seçicilər arasında ilk dəfə səs verən soydaşlarımız da var.

Qeyd edək ki, Aktau şəhəri xarici ölkələrdə fəaliyyət göstərən çox saylı diplomatik nümayəndəlik və konsulluqlar arasında ən çox seçici qeydə alınan nöqtədir.

Ləman Ağayeva
AzNews.az
image description image description