Qəbələdə seçki fəallığı müşahidə olunur

Qəbələdən verilən məlumata görə, səhər saatlarından başlayaraq rayonda seçicilərin məntəqələrə axını müşahidə olunur. AzNews.az-a 116 saylı Qəbələ və 117 saylı Qəbələ-Oğuz seçki dairələrindən verilən məlumata görə, bu saatlara qədər seçki prosesində hər hansı qanun pozuntusu müşahidə olunmayıb. Vətəndaşların normal şəraitdə iradələrini ifadə etmələri, istədikləri namizədə azad və şəffaf şəraitdə səs vermələri üçün məntəqələrdə hər cür şərait yaradılıb.

Əziz
AzNews.az