Hakkı Kəskin: “Seçkidə iştirak yüksək səviyyədədir”

"Məntəqələrdə indiyə kimi apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, hər şey normal görünür. Seçkidə iştirak yüksək səviyyədədir. Heç bir problem yoxdur".

APA-nın xəbərinə görə, bunu Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən Almaniya parlamentinin və Avropa Şurası Parlament Assambleyasının sabiq üzvü, professor Hakkı Kəskin bildirib.

Prosesi sonadək izləyəcəyini deyən H. Kəskin daha sonra bunları deyib: "Gəzdiyimiz məntəqələr çox gözəl məktəblərdə təşkil olunub. Ümid edirəm ki, bütün məktəblər belə gözəldir. Almaniyada belə bu qədər gözəl məktəblər yoxdur. Möhtəşəm bir inkişaf var. Seçki qutularının demək olar ki, hamısının başında xanımlar dayanıb. Türkiyədə kişilər bu vəzifəni icra edirlər. Bu da o deməkdir ki, Azərbaycan xanımları siyasət ilə maraqlanırlar. Bu çox gözəl bir hadisədir. Seçicilər fəaldır".

AzNews.az