İradə İbrahimova Bakıda biznes qurur


Müğənni İradə İbrahimova Türkiyədə yeni fotosessiya etdirib. Müğənni, məhşur vizajist Nigar İbrahimova ilə çoxdan nəzərdə tutulan Kryolan Akademiyasının açılışına hazırlaşır.

AzNews.az xəbər verir ki, tədbir noyabrda baş tutacaq. Hazırda Türkiyədə olan sənətçimiz bildirib ki, Kryolanın hər bir çeşidinin reklamına onun siması əks olunacaq.

Bu səbəbdən foto çəkilişlər tez-tez yenilənəcək. Açılışa bir sıra ünlülərin, TV və media işçilərinin qatılacağı nəzərdə tutulub.
Xüsusi qonaqlardan biri, Kryolanın Almaniyanın 65 illik sahibi Voltoran olacaq.
Nigar İbrahimova isə bildirib ki, hazırda bir çox gənc xanımımız var ki, peşəkar vizajist olmağa can atır, amma xaricə gedib oxumağa imkanları yoxdur. Buna görə də qərara gəldik ki, dünyanın məşhur make-up akademiyasını bura gətirək. Həmçinin bölgələrdəki xanımlar üçün imkan yaradacağıq ki, təhsil alıb, stilist kimi fəaliyyət göstərsinlər. Bu işin başında İradə İbrahimova dayanır. Onun Azərbaycanda ilk biznesidir. Bu da İradəni Bakıya gətirməyimizin ikinci səbəbi olacaq".

Bahar Rüstəmli
AzNews.az