- Köhnə - Cəmiyyət
- 11 Oktyabr 2013 12:53
- 4 639
Gürcüstanın baş naziri İlham Əliyevi təbrik etdi
Təbrikdə deyilir:
"Sizi Azərbaycanda keçirilən dövlət başçısı seçkilərində inamlı qələbə ilə əlaqədar ürəkdən təbrik edirəm. Sizin yenidən respublikanın yüksək dövlət vəzifəsinə seçilməyiniz qardaş Azərbaycan xalqının geniş dəstəyi, ölkənin və xalqın firavanlığına yönələn dönməz kursunuzun bir daha təsdiqidir. Ümidvaram ki, dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanan Gürcüstan və Azərbaycan Respublikası arasında çoxtərəfli əməkdaşlıq indən belə də xalqlarımızın firavanlığı naminə durmadan inkişaf edəcək. Fürsətdən istifadə edib, Sizə can sağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə firavanlıq və çiçəklənmə arzulayıram".
AzNews.az