Sabir Rüstəmxanlı müsəlmanları təbrik etdi

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Qurban Bayramı münasibəti ilə Dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edib
.Təbrikdə deyilir: "Əziz həmvətənlər!

Sizlərin hər birinizi mənəviyyatımızın, milli adət-ənənələrimizin formalaşmasında və qorunub saxlanmasında müstəsna xidmətləri olan Müqəddəs Qurban Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Tanrımızdan sizlərin qurban və dualarınızın qəbul olunmasını diləyirəm.

Qurban bayramı İslamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Əziz bacı və qardaşlarım!

İnsanları sevgiyə, sülhə, mənəviyyata, barışığa səsləyən ümümbəşər din olduğunu və bütün sivlizasiyaları özündə ehtiva edən İslamın ən müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə bir daha təbrik edirəm.

Əziz Həmvətənlərim ! Bu müqəddəs Qurban Bayramı günündə sizə və ailənizə Allahın xeyir-bərəkəti, rəhm və mərhəməti sizin, sizi sevənlərin və sevdiklərinizin üstündən əskik olmasın. Amin!"

AzNews.az