Gülər Əhmədova Cəmil Həsənlini məhkəməyə çağırdı- Yenilənib

Gülər Əhmədova məhkəmədə bəyanat verib



O bildirib ki, ABŞ və ATƏT onu cinayətkar adlandırıb: "Məhkəmə olmadan onların məni cinayətkar adlandırmağa nə haqqı var?. Cəmil Həsənli məni 9 milyonluq xalqın qarşısında biabır edib, "mandat alverçisi" adlandırıb. Tələb edirəm ki, növbəti məhkəmə iclasında ABŞ səfirliyindən, ATƏT-dən nümayəndələr, eləcə də Cəmil Həsənli iştirak etsinlər".(musavat.com)


***
09:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesi üzrə hazırlıq iclası keçiriləcək.


Adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət vidoe qalmaqalında hallandırılan Gülər Əhmədovanın məhkəmə prosesində iştirakı gözlənilir. Lakin hazırlıq iclası olduğuna görə G.Əhmədova məhkəməyə gətirilməməsi ehtimalı da var.

Xatırladaq ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Elnarə
AzNews.az