Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi səlahiyyətlərini icra edən general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 16-sı saat 10:00-da SHÇDX-nin Sumqayıt şəhər İdarəsinin inzibati binasında (Sumqayıt şəhəri, 4 mkr.C.Cabbarlı küç. 4) keçiriləcək qəbulda Sumqayıt şəhər və Abşeron rayon sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşlar noyabrın 15-dək SHÇDX-nin Sumqayıt şəhər İdarəsinə və Abşeron rayon şöbəsinə müraciət etməlidirlər.

AzNews.az