Müdafiə Nazirliyində daha bir dəyişiklik

Azərbaycan Müdafiə Nazirliyində kadr islahatları aparılıb.

Güc strukturlarındakı mənbədən Trend-ə verilən məlumatına görə, vəzifəsindən azad edilən Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyevin yerinə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi, polkovnik Anar Kərimov təyin edilib.

Bundan əlavə Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi vəzifəsini icra edən Bəbir Həsənov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Azərbaycanın yeni təyin olunan müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyində bir sıra kadr islahatları aparıb. Büdcəyə nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilib və nazirliyin hərbi hissələrindən birinə təyin edilib.