Zakir Həsənovun profili saxta çıxdı

Müdafiə Nazirliyi yeni nazir Zakir Həsənovun "facebook"dakı səhifəsi ilə bağlı açıqlama verib.

"Qafqazinfo"nun sorğusuna cavab olaraq Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev bildirib ki, müdafiə naziririnin adına yaradılmış "facebook" səhifəsi saxtadır:

"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakin Həsənovun adına yaradılmış "Facebook" səhifəsi saxtadır. Cənab nazirin adına heç bir "facebook" səhifəsi yoxdur".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl "facebook" sosial şəbəkəsində "general-polkovniki Zakir Həsənov" adında səhifə yaradılıb və mətbuatda bu barədə məlumat gedəndən sonra səhifə yığışdırılıb. Dünəndən etibarən sözügedən səhifə yenidən eyni adla görünməyə başlayıb.

AzNews.az