- Köhnə - Cəmiyyət
- 30 Oktyabr 2013 17:04
- 2 223
Fəxrəddin Ziyanın 60 illik yubileyi qeyd olundu- Fotolar

AzNews.az-ın məlumatına görə, bununla bağlı keçirilən mərasimdə şairin qələm dostları, yazıçılar, şairlər, ədəbi tənqidçilər iştirak edib.
Tədbirdə şair Qəşəm Nəcəfzadə, "Ulduz" jurnalının poeziya şöbəsinin redaktoru Fərqanə Mehdiyeva, filologiya elmləri doktoru Buludxan Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vaqif Yusifli, şairin həkim dostları və digərləri çıxış edərək, Fəxrəddin Ziyanın ədəbi fəaliyyəti, insani keyfiyyəti haqda danışıblar.
Mərasimdə Azərbaycan Pedoqoji Universitetinin tələbələri şairin şerlərindən ibarət kompozisiyada keçiriblər.
Rəhim Qədirov
Elcan Məmmədov
AzNews.az



