Prezident İSESCO-nun baş direktorunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri dövlətimizin başçısını prezident seçkilərində uğurlu qələbəsi münasibətilə təbrik edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumu mədəni, humanitar və digər sahələrdə dünyada gedən proseslərin müzakirəsi üçün növbəti əlverişli fürsət kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

AzNews.az