Mən Azərbaycanlıyam- Müsabiqə

"Hicaz Production"la Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyində 9 noyabr Bayraq Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam - Bədii qiraət" müsabiqəsi keçirilib.

Müsabiqədə 20 şagird Vətənə, bayrağa aid şeirlər səsləndirib.

Daha sonra Azad Şükürov, Sevda Teymurova, Əbdül Məcidli, Mahirə Yaqubova, Ərtoğrul Kamalov, Sahib Novruzov və Kamale Mirməcidlidən ibarət münsiflər heyəti 10 ballıq sistem əsasında 20 nəfər arasından ilk üçlüyü müəyyən edib.

1-ci yeri Bəxtiyar Vahabzadənin "Bayraq" şeiriylə Nuranə Babazadə, 2-ci yeri Almas İldırımın "Əsir Azərbaycanım" şeiriylə Şirin Alpənahova, 3-cü yeri Abbas Səhhətin "Vətən" şeiriylə Əliyev Qərib tutub.

Layihənin ideya müəllifi və icraçısı Ayaz Məmmədov açıqlamasında müsabiqənin məqsədinin gənc nəslin ədəbiyyata olan marağını artırmaq, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi olduğunu bildirib.

Sonda "Hicaz Production"un rəhbəri Ayaz Məmmədov "Gənc nəslin təlim-tərbiyəsinə, ədəbi mühitin inkişafına göstərdiyi xidmətə görə" mükafatıyla təltif olunub.

Elnur
AzNews.az
image description image description image description image description image description