İlham Əliyev Filippin prezidentinə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Filippin prezidenti III Beniqno Akinoya başsağlığı verib.


Dövlət başçısı İlham Əliyevin başsağlığı məktubunda deyilir: "Filippində baş vermiş dəhşətli qasırğa nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Filippin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

AzNews.az